Xəstəxanaya yerləşdirilən xalq artistinin vəziyyəti ilə bağlı YENİ AÇIQLAMA -

3-12-2019, 18:13            72 dəfə baxılıb

Xalq artisti Rafael Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.
Bu gün sosial şəbəkələrdə yayılan məlumata görə, 73 yaşlı xalq artisti müalicə aldığı xəstəxanada problem yaşayıb. Problemin nədən ibarət olduğunu öyrənmək üçün Big.az aktyorun ailəsi ilə əlaqə saxlayıb. Rafael Dadaşovun kürəkəni Məhəmməd bəy heç bir problem yaşanmadığını bildirib:
"Rafael bəy hazırda reanimasiya şöbəsində yatır. Hələ ki, heç bir problem yaşanmayıb. Yaşanıb yaşanmayacağını deyə bilmərəm. İndi salamatçılıqdır".
Qeyd edək ki, R.Dadaşov 2009-cu ildə Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat edilib. Ondan 5-6 il sonra ağciyərlərin xroniki obstruktiv xəstəliyi ilə bağlı təkrar xəstəxanada olub. Hazırda onun diaqnozu ürəyin işemik xəstəliyidir. Bundan başqa, ikinci diaqnoz isə ağciyərlərin xroniki akstruktiv xəstəliyi ilə bağlıdır. R.Dadaşovun müalicəsi hazırda reanimasiya şöbəsində davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.