YAP-ın deputatlığa namizədlər siyahısı hazırdır – Açıqlama -

30-11-2019, 21:21            59 dəfə baxılıb
"Artıq hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bizə bəllidir”. 

Hokm.az xəbər verir ki, bu barədə 29 noyabrda jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, YAP deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlilini aparır. Onların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla işləməsi, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir. Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. "Təhlil əsasında onların fəaliyyəti növbəti seçkilərdə nəzərə alınacaq. Artıq hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bizə bəllidir”.

S.Novruzov eyni zamanda mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin olmayacağı ilə bağlı yayılan siyahılara da münasibət bildirib. O qeyd edib ki, siyahılar havadan götürülüb: "Hər seçki öncəsi belə siyahılar dərc olunur. Parlamentin 7-8 üzvü müxtəlif səbəblərdən burada təmsil olunmur.
 
Tərkibin dəyişməsi də məhz seçicilərdən asılıdır. Seçkidə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Bunlar mütəmadi şəkildə partiyada təhlil olunur. Seçkinin ilk işi təhlildir. Təhlil olmadan seçkidə uğur qazanmaq olmaz. Tərkibdə ciddi dəyişiklik olacaq, amma bu yenə də seçicidən asılıdır”.

Qeyd edək ki, artıq xeyli vaxtdır parlamentin hazırkı tərkibinin ən azı yarısından siyasi hakimiyyətin narazı olduğu barədə mediada xəbərlər yayılırdı.

Hokm.az bildirir ki, növbəti seçkilərdə indiki deputatların ən azı 50 faizi mandatsız qalacaq. Hakimiyyət onların parlamentə düşməsinə "qırmızı işıq” yandıracaq. Milli Məclisin buraxılması, növbədənkənar parlament seçkilərinə gedilməsi, eyni zamanda Siyavuş Novruzovun yuxarıdakı açıqlaması deyilənlərin təsdiqi sayıla bilər.

Böyük ehtimalla hakim partiyanın deputatlığa namizədlər siyahısında indiki deputatlarının ən azı yarısının adı olmayacaq. Bitərəf adlanan və YAP-dan sonra parlamentdə çoxluq baxımından ikinci sırada olan bitərəf deputatların da yarıya qədəri namizəd olmayacaqlar. Qaydaları pozub namizədliyində israr edənlər isə şübhəsiz ki, mandat əldə edə bilməyəcəklər.

Məlumatlara görə, hazırda parlamentdə 1 deputatla təmsil olunan partiyaların da təxminən yarısı növbədənkənar seçkilərdə kənarda qalacaqlar.

Müxalifət düşərgəsi də parlamentin hazırkı tərkibinin əksəriyyətinin dəyişməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. VİP sədri Əli Əliyev bildirdi ki, parlament seçici tərəfindən formalaşmalı, cəmiyyətdəki siyasi tabanı əks etdirməlidir. Əgər ölkədə normal seçki olarsa, parlamentin mövcud tərkibinin 95%-ni xalq onsuz da kənarda saxlayacaq, yəni hakimiyyətin həmin adamları kənarda saxlamasına ehtiyac qalmayacaq.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.