İraqda 45 etirazçı öldürüldü -

29-11-2019, 16:13            82 dəfə baxılıb
İraqda son sutka ərzində polislə nümayişçilər arasında baş verən toqquşmalarda ölənlərin sayı 45-ə yüksəlib.

Bu məlumatı "Əl Ərəbiyyə” televiziyası yayıb. Nəcəf şəhərində ölənlərin sayı 12 nəfər təşkil edib. Nəsiriyyə şəhərində ölənlərin sayı isə 25 nəfərə çatıb.
İraqda kütləvi iğtişaşların yeni dalğası dünən Nəcəf şəhərində İran Konsulluğunun yandırılmasından sonra start götürüb.

Ölkə ərazisində ümumilikdə etirazlar oktyabrın əvvəlində başlayıb. Mətbuatın iddiasına görə, etirazlar nəticəsində indiyə qədər 300 nəfər ölüb, 15 min nəfər yaralanıb.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.