BDU-nun ölən tələbəsinin fotosu yayıldı -

22-11-2019, 14:53            76 dəfə baxılıb

Bakı Dövlət Universiteti mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova dünən zəhərlənərək həyatını itirən Xasmətova Şəkər Faiq qızının fotosunu paylaşıb.
Lent.az xəbər verir ki, o, paylaşımında universitetin müəllim kollektivinin dərindən kədərləndirdiyini də bildirib:
“Fizika fakültəsinin IV kurs tələbəsi Xasmətova Şəkər Faiq qızının vaxtsız vəfatı universitet kollektivini dərindən kədərləndirdi. Şəkər Xasmətova universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, dərslərdə öz bilik va bacarığını nümayiş etdirib. Şəkərin müəllimləri və tələbə dostları, bütün universitet kollektivi onun bu dünyadan nakam köçməsini ürək yanğısı ilə qarşılayıblar. Təəssüf ki, qabiliyyətli və tərbiyəli tələbəmiz, gələcəyin çox istedadlı mütəxəssisi və vətəndaşı dünyasını vaxtsız dəyişdi. Bu hadisədən üzüldüyümüzü bildirir, Şəkər Xasmətovanın ailəsinə, yaxınlarına dərin hüznlə bağsaşlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!”.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.