Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır -
22-11-2019, 09:4768 dəfə baxılıb
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin son durumu açıqlanıb. Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı vəİbadova Həmidə Bünyamiddin qızının vəziyyəti ağır sabit kimi qiymətləndirilir. Onların müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir. Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.шаблоны для dle 11.2