Şəhid adından istifadə edib dələduzluq etdi - Bakı polisindən açıqlama -

21-11-2019, 11:50            92 dəfə baxılıb
Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Sonxeber.az-a bildirilib ki, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.