Noyabrın 21-i Ümumdünya Salamlaşma Günüdür -

21-11-2019, 10:21            71 dəfə baxılıb
Hər il noyabrın 21-i Ümumdünya Salamlaşma Günü (World Hello Day) kimi qeyd olunur. "Qafqazinfo"nun məlumatına görə, inun əsas məqsədi ictimaiyyətin diqqətini sülhün qorunması üçün fərdi ünsiyyətin vacibliyinə yönəltməkdir. Çünki praktiki olaraq istənilən münaqişəni güc tətbiq etmədən, yalnız xoş ünsiyyət vasitəsi ilə həll etmək mümkündür.

Salamlaşma bayramını Maykl və Brayen Makkomak adlı iki amerikalı qardaş 1973-cü ildə soyuq müharibənin ən qızğın vaxtlarında, Misirlə İsrail arasında gedən münaqişəyə cavab olaraq fikirləşib. Bu bayram beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti kimi vacib idi. 

"Sadə, lakin effektiv əməlin vacibliyini” düşünən qardaşlar dünyanın bütün guşələrinə səmimi salamlaşma məktubları göndərir. Onlar bütün dünyada sülh və beynəlxalq gərginliyin azaldılması uğrunda öz mübarizələrini heç kimə zorla qəbul etdirmirdilər. Ünvan sahibindən yalnız daha kimisə, heç olmasa 10 nəfəri salamlamaq xahiş olunurdu. Bu ideya 180-dən çox ölkədə dəstək qazanır. Həmin vaxtdan etibarən Ümumdünya Salamlaşma Günü bütün yaşda olan insanlar və peşə sahibləri, həm böyük siyasi liderlər və sənaye maqnatları, həm də məşhur kino və televiziya xadimləri tərəfindən qeyd edilirшаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.