Putin: ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq -

20-11-2019, 17:47            108 dəfə baxılıb

ABŞ NATO müttəfiqləri ilə münasibətlərini dəyişmək üçün addımlar atmalı olacaq. Vaşinqtonun onları qoruduğunu, onların isə bunun qarşılığında sadəcə pul ödəməli olduğunu bildirmək kifayət etmir.


“RİA Novosti” xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“İndiyə kimi Birləşmiş Ştatlar deyirdi: “Biz sizin üçün sovet təhlükəsindən çətir rolunu oynayırıq, siz isə bunun əvəzini ödəməlisiniz”. Bu gün isə belə fikirlər o qədər də keçmir. İndi “biz sizi qoruyuruq – ödəyin” demək kifayət etmir. ABŞ-ın müdafiə kompleksini və iş yerlərini saxlamaq üçün niyə ödəniş etməlidilər? Onlar özlərininkini inkişaf etdirəcəklər. Elə indi məhz bu barədə danışırlar”, - Putin qeyd edib.
шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.