"UNESKO ilə münasibətlərimizin inkişaf etməsində Mehriban Əliyevanın xüsusi rolu var"- Millət vəkili -

20-11-2019, 13:25            61 dəfə baxılıb

Parisdə UNESKO-nun baş qərargahında qurumun Baş Konfransının 40-cı sessiyası çərçivəsində UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənə ilə qeyd edilib.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Elman Nəsirov bildirib ki, Azərbaycan Ermənistandan başqa bütün beynəlxalq təşkilatlarla və dövlətlərlə çox sıx münasibət saxlayır. BMT ilə də sıx əməkdaşlıq edirik. Eyni zamanda BMT-nin qurumları ilə də əlaqələrimiz inkişaf tempinə malikdir. Bu baxımdan UNESKO-Azərbaycan münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Artıq UNESKO ilə əlaqələrimizin 25 illiyi tamam olur. Bu 25 il ərzində UNESKO-Azərbaycan münasibətlərinə diqqət yetirsəniz görəcəksiniz ki, humanitar sahədə əlaqələr çox dinamik inkişaf tempinə malikdir. Bu əlaqələrin inkişafında cənab prezidentimiz İlham Əliyevin xüsusi xidmətləri var. Cənab prezident İlham Əliyev Parisə işgüzar və qeyri-rəsmi səfərləri zamanı UNESKO-Azərbaycan münasibətlərinin inkişafına da töhfə verə biləcək idealarla çıxış edir. Eyni zamanda mövcud problemləri də qaldırır. Bir neçə il öncə UNESKO-nun tribunasında çıxış edən zaman vurğuladı ki, ermənilər Azərbaycanın 20 faiz torpağını işğal edib. Gün gələcək işğal altında olub, dağıdılmış şəhərlərimizin, yollarımızı yenidən bərpa edəcəyik. Amma ermənilərin məhv etdiyi milli, mədəni, tarixi abidələrimizi yenidən bərpa etmək çətin olacaq. Cənab president UNESKO-nun tribunasından Ermənistanın vandalizm siyasətini açıb göstərərək bütün dünyaya ifşa etdi. UNESKO ilə münasibətlərimizin inkişaf etməsində Azərbaycanın birinici vitse-prezidenti Mehriban xanım Əliyevanında da xüsusi xidmətləri var. Mehriban xanım Əliyeva həm UNESKO-nun həm də ISESKO-nun xoşməramlı səfiridir. Bir şəxsin timsalında hər iki qurumun xoşməramlı səfiri olmaq Mehriban xanımın gördüyü işlərə verilən böyük dəyərdir. Çünki Mehriban xanım xeyiryyəçi əməllərini təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə də həyata keçirir. Onun atdığı addımlar UNESKO səviyyəsində yüksək qiymətləndirilir. Azərbaycan-UNESKO münasibətlərinin 25 illiyinin qeyd edilməsi o deməkdir ki, bundan sonra da əlaqələrimizin inkişafı üçün yeni yollar açılacaq, yeni münbit şərait formalaşacaq. Çox istərdik ki, bu təşkilat çərçivəsində əlaqələrimiz eyni zamanda Ermənistanın işğalçılıq siyasətinə son qoyulması məsələsində də daha ciddi töhfələr verəcək".шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.