Almaniyanın sabiq prezidentinin oğlunu bıçaqlayıb öldürdülər -

20-11-2019, 11:43            92 dəfə baxılıb

Almaniyanın sabiq Prezidenti Rixard fon Vayszekkerin oğlu Fritz fon Vayszekker rəhbərlik etdiyi klinikada məruzə oxuyarkən cinayətkar tərəfindən ölümcül yaralanıb.

Bu barədə "Rundfunk Berlin-Brandenburg” nəşri məlumat verib.

olisin məlumatına görə, hadisə Berlində Şarlottenburq sarayı yaxınlığında yerləşən Schlosspark klinikasında baş verib. Çıxış zamanı bir kişi Vayszekkerə yaxınlaşaraq, onu bıçaqlayıb.

59 yaşlı həkim aldığı yaralardan həyatını itirib. 

Hadisə zamanı caniyə mane olmaq istəyən başqa bir şəxs də yaralanıb.

Hazırda şübhəli şəxs saxlanılıb. Onun cinayətinin motivləri məlum deyil.

Fritz fon Vayszekker 2005-ci ildən Schlosspark klinikasının baş həkimi vəzifəsində olub. Onun atası Rixard fon Vayszekker 1984-1994-cü illərdə Almaniyanın prezidenti olub.
шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.