Mourinyunun yeni iş yeri bəllidir - RƏSMİ -

20-11-2019, 11:11            75 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, İngiltərənin “Tottenhem” klubu komandanı beş il çalışdırmış argentinalı baş məşqçisi Maurisyo Poçetinonu istefaya göndərib.

Oxu.Az xəbər verir ki, artıq onun yerinə yeni baş məşqçi təyinatı klubun rəsmi saytı vasitəsilə açıqlanıb.

Bu, ötən ilin dekabrından işsiz olan, “Çelsi” və “Mançester Yunayted”in sabiq baş məşqçisi Juze Mourinyudur.

Qeyd edək ki, italyan mənşəli Maurisyo Poçetino 2014-cü ilin mayın 27-də “Tottenhem”lə beş illik müqavilə bağlayıb. O, ötən ilin mayın 24-də daha bir beş illik müqaviləyə qol çəkib.

Komanda onun rəhbərliyi altında ötən mövsüm ilk dəfə Çempionlar Liqasının finalına çıxıb. Lakin komandanın cari mövsüm Premyer Liqada 14-cü sırada olması istefasına səbəb olub.


шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.