Dəfn zamanı dirilən qadın xəstəxanada öldü -

20-11-2019, 10:42            68 dəfə baxılıb
Hindistanın Odişa ştatında ölmüş hesab edilən qadın gözünü cənazə tonqalında açıb.
Bu barədə “Odisha TV” xəbər verib.
Agentliyin məlumatına görə, bir neçə gün yemək yeməyən qadın huşunu itiribmiş. Qohumları və kəndin digər sakinləri onu ölmüş hesab edərək, kremasiya üçün qəbiristanlığa aparıblar.
Cənazə yandırılmağa hazırlaşarkən qadın özünə gəlməyə başlayıb. Qohumlardan biri bunu görüb və digərlərinə xəbərdarlıq edib.
Dəfn mərasimi yarımçıq qalıb və təcili yardım maşını çağırılıb. Qadın xəstəxanaya yerləşdirilib, lakin müalicə zamanı ölüb.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.