Sakinlərin diqqətinə: Bu ərazilərdə qaz olmayacaq -

20-11-2019, 10:06            73 dəfə baxılıb
Bu gün Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq.

 "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, "Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.

Bildirilib ki, saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.
Bu gün Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən "SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş 159 mm diametrli yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun sözlərinə görə, bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.