Ərəb ölkəsi Ermənistan vətəndaşları üçün vizanı ləğv etdi -

19-11-2019, 18:30            77 dəfə baxılıb
Qətər Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bundan sonra Ermənistan vətəndaşları Qətərə vizasız səfər edə biləcəklər.

Məlumatda qeyd olunur ki, bu barədə qərar Qətərin paytaxtı Dohada Ermənistan prezidenti Armen Sarkisyan və Qətər əmiri Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Taniyə arasında keçirilən görüşdə qəbul olunub.

Ermənistan prezidenti Qətərdə Ermənistan səfirliyinin açılmasına görə də Qətər əmirinə təşəkkür edərək bildirib ki, vizanın ləğvi iki dövlətin iqtisadi, mədəni, elmi, təhsil və turizm əlaqələrinin stimullaşdırılmasına müsbət təsir göstərəcək.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.