Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü - VİDEO - YENİLƏNİB -

19-11-2019, 11:48            45 dəfə baxılıb

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

***10:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “28 May” stansiyası ətrafında sakinlərlə görüşüb. 

BAKU.WS-in əldə etdiyi görüntülərdən aydın olduğu kimi, dövlət başçısı sakinlərlə görüşüb və onların problemlərini dinləyib. 

Prezident sakinlərin problemlərinin həlli ilə bağlı köməkçilərinə tapşırıq verib. Sakinlərin problemləri yerində qeydə alınıb.

Bəzi vətəndaşlar dövlət başçısı ilə şəkil də çəkdirib. 

Şahin

BAKU.WS
VİDEO
шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.