Azərbaycanın pambıq lifi və ipliyinin ixracı artıb -

19-11-2019, 09:52            63 dəfə baxılıb


On ayda Azərbaycandan 65 min 794 ton pambıq lifi və 10 min 309 ton pambıq ipliyi göndərilib.
Aim.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Yanvar-oktyabr aylarında ixrac edilən pambıq lifinin dəyəri 91 milyon 840 min, pambıq ipliyinin dəyəri isə 24 milyon 531 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 64 milyon 518 min dollarlıq 42 min 798 ton pambıq lifi, 19 milyon 53 min dollarlıq 7 min 642 ton pambıq ipliyi ixrac edilib.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.