Çavuşoğlu ABŞ və Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə qınayıb -

19-11-2019, 08:49            58 dəfə baxılıb



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və Rusiyanı Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirməməkdə qınayıb.

APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib.

“ABŞ və Rusiya Ankara ilə əldə olunmuş razılaşmalar çərçivəsində lazımi addımları atmayıblar. Əgər ərazi kürd silahlı qruplaşmalarından təmizlənməzsə, o zaman “Barış bulağı” əməliyyatı yenidən davam etdiriləcək”, - M.Çavuşoğlu belə deyib.

Onun sözlərinə görə, Ankara “təxirə salınmadan terror təhlükəsindən qurtulmalıdır”.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.