Psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək -

18-11-2019, 19:12            68 dəfə baxılıb
Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Bu barədə Oxu.Az-a Təhsil Nazirliyindən məlumat verilib.
Diaqnostik qiymətləndirilmənin cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub.
Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq.
Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab bir balla qiymətləndiriləcək.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.