Paşinyan Qarabağdakı sabiq müdafiə ordusunun komandirini işdən qovdu -

18-11-2019, 15:10            42 dəfə baxılıb
Ermənistanın Baş naziri Nikol Paşinyan baş hərbi müfəttiş Movses Hakobyanı vəzifəsindən kənarlaşdırıb.

Bundan əlavə, onun iki müavini - Vaçaqan Nersisyan və Kamo Koçunç da vəzifələrindən uzaqlaşdırılıb.
Qərar hökumət başçısının saytında dərc olunub.

Xatırladaq ki, keçən ilin mayında Nikol Paşinyanın Baş nazir seçilməsindən sonra Movses Hakobyan Baş Hərbi müfəttiş təyin edilib.

O, daha əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində Müdafiə Ordusunun komandiri və Baş Qərargah rəisi olub.
Movses Hakobyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın doğma dayısıdır.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.