Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsız keçib -

18-11-2019, 10:25            63 dəfə baxılıb

"Sarı gödəkçələr" etiraz hərəkatının tərəfdarları noyabrın 18-i Fransanın şəhərlərində yenidən küçələrə çıxıblar.
Aim.Az Trend-ə istinadən bildirir ki, oyabrın 17-si Fransa paytaxtında baş verən iğtişaşlara nisbətən bazar günü aksiyaları daha sakit şəraitdə keçıb.
Paytaxt polisinin prefekturası öz "Twitter" səhifəsində verdiyi xəbərə görə, bazar günü nümayiş yerlərində 31 nəfər saxlanılıb, 1,6 mindən çox nəfərin şəxsi əşyalarında axtarış aparılıb. Bu, şənbə günü ölkə ərazisində 264 nəfərin, onlardan 173 nəfərinin Parisdə saxlanıldığından xeyli azdır.
Yerli vaxtla 20:00-da polis, noyabrın 17-si səkkiz azyaşlı uşaq da daxil olmaqla 169 saxlanılanın nəzarət altında qaldığını bildirib.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.