Abşeronda 6 qadının başına oyun açan Ülvi tutuldu -

16-11-2019, 16:58            73 dəfə baxılıb
Abşeron rayonunda çoxsaylı oğurluq əməlləri törətmiş şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.
Sonxeber.az-ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsində Ülvi Rəşidoğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni, oğurluq-təkrar törədildikdə maddəsi ilə açılan işin materialları Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Sevinc Quliyevanın icraatına verilib.
Qeyd edək ki, təqsirləndirilən Ülvi Rəşidoğlunun çoxsaylı oğurluq əməlləri üzə çıxarılıb. Onun əməllərindən əziyyət çəkən 12 nəfərdən 6-sı qadındır.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.