Azərbaycana hər gün 117 ədəd avtomobil gətirilir -

15-11-2019, 16:40            77 dəfə baxılıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana xaricdən 35 min 457 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.

Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2018-ci ilin ilk 10 ayı ilə müqayisədə 16 min 121 ədəd və yaxud 83% çoxdur. Bu ilin ilk 10 ayında gündəlik avtomobil idxalı orta hesabla 117 ədəd olub.

Hesabat dövründə əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin idxalı 84% artaraq 31 min 934-ə yüksəlib.
Bundan başqa yanvar-oktyabr aylarında 262 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 934 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 148 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.