"Azərbaycanla oyun asan olmayacaq" - Rayan Giqqz -

15-11-2019, 15:10            91 dəfə baxılıb
"Bakıda olmaqdan çox məmnunam. İnanıram ki, burada vaxtımızı yaxşı keçirəcəyik".

Qol.az xəbər verir ki, bu sözləri Uels yığmasının baş məşqçisi Rayan Giqqz Avro-2020-nin seçmə mərhələsində sabah Bakıda millimizlə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis zədəsini yenicə sağaldan Qaret Beylin sabah meydana çıxa biləcəyini söyləyib: “Beyl bu yaxınlarda zədələnmişdi. Amma onun vəziyyəti hazırda yaxşıdır”.

Giqqz final mərhələsinə vəsiqə əldə etmək üçün mütləq millimizə qalib gəlməli olduqları qeyd edib: "Oyunda nizam-intizam qaydaları vacibdir. İlk günlər məşq üçün çətin oldu. Məşq etməyə zamanımız məhdud idi. Azərbaycanla oyun asan olmayacaq. Bu rəqibin Xorvatiyadan xal aldığını bilirik. Qalib gəlməyə çalışacağıq. Problemlərlə qarşılaşa bilərik. Amma qalib olmağa çalışacağıq".


Giqqz vaxtilə futbolçu kimi Azərbaycan millisinə qarşı oynadığını xatırladıb: "O vaxtlar futbolçu kimi oynamışdım. İndi baş məşqçiyəm. Amma baş məşqçi kimi rəqib olmaq daha çətindir".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanayaq.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.