Romantik şəhərdə NAĞIL DANIŞAN BAŞ NAZİR... - "Nikol selfidən əl çəkib, kitab oxumalıdır" -

15-11-2019, 13:41            93 dəfə baxılıb
Paşinyan Qafqazın tarixi ilə bağlı kitabları vərəqləsə, yaxşı olar.
Redaktor.az bildirir ki, ehtiyatda olan zabit Əlisahib Hüseynov prezident İlham Əliyevin Bakıda keçirilən dünya dini liderlərinin 2-ci Sammitinin açılışındakı çıxışına münasibət bildirib.

Ə. Hüseynov hesab edir ki, Prezident bu həqiqətləri sadəcə dünyanın hər yerindən Bakıya gəlmiş dini liderlərin deyil, eyni zamanda rəsmi İrəvanın siyasətini müəyyənləşdirən şəxslərin də eşitməsi üçün səsləndirib:
“Prezident İlham Əliyev bu gün bir daha Dağlıq Qarabağın həmişə Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğuladı və Ermənistanın "liberal-demokrat" qiyafəsinə bürünmüş, amma əsl həqiqətdə qatı millətçilik xəstəliyinə tutulmuş liderinə - Nikol Paşinyana Qarabağın tarixi keçmişi ilə bağlı mesajlar ünvanladı. Prezident həmçinin XIX əsrdə ermənilərin Qarabağa köçürülməsinə başlanılmasının XX əsrin əvvəllərində bu regionun milli tərkibinin dəyişməsinə səbəb olmasını xatırladıb”.
Ə. Hüseynov bildirib ki, bu gün Ermənistanı idarə edən avantüristlər qulaqlarına pambıq tıxamağa son qoyub nəhayət ki, tarixi həqiqətləri eşitməli və qəbul etməlidirlər:
“Parisdə “nağıl” danışan və Azərbaycana qarşı həyasız ittihamlar irəli sürən Nikol Paşinyan selfi çəkdirməkdən və tez-tez Feysbukda canlı yayımlar təşkil etməkdən əl çəkib, bir az Qafqazın tarixi ilə bağlı kitabları vərəqləməlidir. Hakimiyyətdə olduğu son 2 il ərzində hələ də vaxt tapıb “Madrid prinsipləri” ilə yaxından tanış olmayan və orada söhbətin konkret nədən getdiyini dərk edə bilməyən Paşinyan kimi bir sarsaq bu gedişlə ermənilərin tarixinə qara ləkə kimi düşəcək. Təəssüf ki, Paşinyan kimi tarix bilgisi sıfırın altında olan populist erməni siyasətçilərinin ucbatından bu gün həm Azərbaycan xalqı, həm də ermənilərin özləri əziyyət çəkir”.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.