Bu evlər vergidən azad ediləcək -

14-11-2019, 14:20            43 dəfə baxılıb
Vergilər Məcəlləsinə edilən dəyişikliklərə görə, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin əmlaka görə əldə etdiyi gəlirlər vergiyə cəlb edilməyəcək.

Aim.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. 
O bildirib ki, bunun üçün həmin şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edilməlidir. 

Deputat onu da əlavə edib ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsi əlavə dəyər vergisindən azad ediləcək:
"Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək”. шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.