Bakının bu ərazisində yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR! -

13-11-2019, 15:44            46 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, Xocasən qəsəbəsinin ərazisində metronun "Xocasən" deposunu inşa edilir. "Xocasən" deposunda sərnişin platforması da olacaq.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a bildirib ki, ətraf ərazilərdə yaşayan sərnişinlər  "Avtovağzal” stansiyasına daha rahat gələ biləcəklər.

Qeyd edək ki, bundan başqa, ikinci - "Dərnəgül" deposunun da inşası davam etdirilir.

Hər iki deponun inşasının beş il müddətində aparılması nəzərdə tutulub. "Dərnəgül" deposu mövcud, digəri isə inşa olunacaq yeni xətlərə xidmət göstərəcək. Bundan başqa, elektrik depoları əsaslı təmir, indiki qulluq və saxlanma üçün nəzərdə tutulub.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.