"Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı istintaq davam edir -

13-11-2019, 12:33            106 dəfə baxılıb
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj” - “Qarabağ” oyunu zamanı baş vermiş erməni təxribatı ilə bağlı Lüksemburqda istintaq davam edir.

Qol.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik naziri Fransua Bauş yerli parlamentin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusunu cavablandırarkən deyib.

Nazir Lüksemburq polisinin “Jozi Bartel” stadionunda keçirilən görüşdə xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə UEFA tərəfindən məlumatlandırılmadığını bildirib: “Matçın gedişində stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməyib. Erməni separatçılarının bayrağı asılan dron stadionun üstündən uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, dərhal əlavə dəstək üçün 30 agent çağırıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti zəif olduğundan oradan da heç bir nəticə əldə edilmədi. İstintaq davam edir. Yaxın həftələrdə məlumat veriləcək.
Xatırladaq ki, “Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi matçın 30-cu dəqiqəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nın endirilməsinə cəhd edilib. Amma “Qarabağ”ın futbolçuları bunun qarşısını ala biliblər. Təxribat səbəbindən hakim görüşü 20 dəqiqə müddətində dayandırmalı olub.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.