Nazir onları işdən çıxartdı -

13-11-2019, 11:07            48 dəfə baxılıb
Kənd Təsərrüfatı naziri İnam Kərimov daha iki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktorunu vəzifəsindən azad edib.

Oxu.Az-ın məlumatına görə, nazirin imzaladığı əmrə əsasən, Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları vəzifələrindən azad olunublar.  
Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar. Onların yerinə təyinat yoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a faktı təsdiqləyiblər.  

Qeyd edək ki, bundan əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları da işdən azad ediliblər. 
Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.