Mixail Şumaxerin meneci: Arvadı yalan danışır, vəziyyəti daha ağırdır -

13-11-2019, 10:39            93 dəfə baxılıb
“Formula-1” oyunlarının dünyaca məşhur pilotu Mixail Şumaxerin meneceri Uilli Ueber qalmaqallı açıqlama ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, menecerin sözlərinə görə, Şumaxerin həyat yoldaşı Korrina əfsanəvi pilotun səhhəti ilə bağlı həqiqəti gizlədir.
2013-cü ilin sonunda yeddiqat dünya çempionu xizəklə sürüşəndə dağın yamacından yıxılmışdı. Başından ciddi zədə alan Şumaxer o vaxtdan bəri komada idi. Ailəsinin bir neçə ay öncə verdiyi məlumata görə, o, öz evində reabilitasiya keçir və sağalmaqdadır. Səhhəti haqqında məlumat yalnız ailəsi və idmançıya lazımi qayğı göstərən mütəxəssislər tərəfindən verilir.
Ancaq 50 yaşlı pilotun meneceri və yaxın dostu Uilli Ueber əmindir ki, hər şey onun Mixailin yanına getməsinə icazə verməyən Korrinanın göstərməyə çalışdığı kimi deyil.
“Zərbənin güclü olduğunu bilirəm, ancaq irəliləyiş olub-olmadığı barədə məlumatım yoxdur. Onu görmək istəyirəm, amma Korrina mənə imkan vermir. Düşünürəm ki, həqiqəti anlayacağımdan və insanların hər şeyi öyrənəcəklərindən qorxur. Mixail güclüdür, bir şans olsa da, o, bundan istifadə edəcək. Onun üçün dua edirəm və bir daha görəcəyimə ümid edirəm”, - deyə Ueber söyləyib.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.