Bakıda naməlum şəxs yolu bağladı — Polis araşdırma aparır -

13-11-2019, 10:26            68 dəfə baxılıb
Sosial şəbəkələrdə Bakıda naməlum şəxsin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb. Kadrlardan görünür ki, bir nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən "Ölkə.Az"a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:
"Videogörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Hadisə ilə bağlı müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.