Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir olunur — VİDEO -

13-11-2019, 09:21            62 dəfə baxılıb
Azərbaycanın məşhur messenatı Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir.
Aim.az xezerxeber.az-a istinadən xəbər verir ki, artıq ərazidə işlərə start verilib və təmirdən sonra malikanə əvvəlki görkəminə qaytarılacaq.

Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb və ərazi köhnə halına qaytarılıb. Evin tam köhnə halında görünməsi üçün xaricdən də müəyyən tikinti avadanlıqların gətirilməsi nəzərdə tutulur.

2 mərtəbəli və 10 metr hündürlükdə olan evin təmirdən sonrakı görkəminin necə olacağı da bəllidir.
 
Qeyd edək ki, xeyriyyəçinin vəfatından sonra 2-ci dünya müharibəsində bu evdə təxliyə hospitalı fəaliyyət göstərib və Qarabağ müharibəsindən sonra məcburi kökünlər bu evdə məskunlaşıb. Mədəniyyət Nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən işlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.
 
шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.