“Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb -

13-11-2019, 08:43            210 dəfə baxılıb
Bütün dünya üzrə “Facebook” sosial şəbəkəsinin işində problemlər yaranıb.
Bu barədə sosial şəbəkələri araşdıran “Downdetector” saytı bildirib.
Sosial şəbəkədəki nasazlıq ilə bağlı daha çox ABŞ, Böyük Britaniya, Niderland, Peru, Rumıniya və İsrail  sakinləri şikayət ediblər.
Qeyd edilir ki, istifadəçılərin 73 %-də xəbər lenti yenilənməyib, 14 %-də  əlaqə tamamilə  itib, 11 %-i isə tətbiqə daxil ola bilməyib.
Eyni zamanda nasazlıqlardan “Instagram” istifadəçiləri də narazılıq ediblər. Bu şəbəkədəki problemlərdən daha çox ABŞ, Böyük Britaniya, Macarıstan, Yunanıstan və Türkiyə sakinləri şikayət ediblər.
“Instagram” istifadəçilərinin 67%-i yenilənmələri yükləyə bilmir, 21%-i “story”də paylaşım edərkən çətinliklərlə üzləşib, 11 %-i isə ümumi nasazlıqlardan şikayətlənib.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.