Hillari Klinton: "Mənə təzyiqlər edilir" -

13-11-2019, 08:04            75 dəfə baxılıb
"Bu, mənim planlarıma qətiyyən daxil deyil"
 
ABŞ-ın keçmiş dövlət katibi, 2016-cı ildə Demokrat Partiyasının prezidentliyə namizədi olmuş Hillari Klinton bildirib ki, onun 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək planı yoxdur.
 
AYNA-nın "Report"a istinadən məlumatına görə, H.Klinton bununla belə qeyd edib ki, ona planlarını dəyişməsi ilə bağlı təzyiqlər edilir.
 
"Dediyim kimi, heç vaxt, heç vaxt, heç vaxt" , - deyə o, BBC-yə verdiyi müsahibədə 2016-cı ilin prezident seçkilərindəki məğlubiyyətdən sonra yenidən prezidentliyə namizəd olmaq imkanı haqqında suala cavab verib.
 
"Sizə deyə bilərəm ki, çox insanlar mənə güclü təzyiq göstərirlər ki, bu haqda düşünüm", - Klinton deyib.
 
"Amma hələ ki, bu studiyada oturaraq və sizinlə danışaraq deyə bilərəm ki, bu, mənim planlarıma qətiyyən daxil deyil", - deyə o əlavə edib.
 
Qeyd edək ki, Hillari Klinton 2016-cı ilin prezident seçkilərində Demokrat Partiyasının namizədi kimi çıxış edib. O, seçki marafonunda favorit hesab edilirdi, ancaq Klintonun opponenti - respublikaçı Donald Tramp gözlənilməz qələbə qazanıb.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.