Deputat məmurların gəlir deklarasiyası məsələsini QALDIRDI -

12-11-2019, 16:43            58 dəfə baxılıb
"Azərbaycanın 2020-ci il üzrə dövlət büdcəsi layihəsi makroiqtisadi göstəricilər nəzərə alınmaqla müsbətdir”.

Bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, büdcə gəlirlərində torpaq, əmlak, yol vergilərinin əsaslı olmadığı göstərilib. O bildirib ki, sənaye parkları 7 il müddətinə həmin vergilərdən azad edilib:

"Amma baxırıq ki, İqtisadiyyat naziri həmin sənaye parklarını daha 3 il vergidən azad etmək istəyir. Hesab edirəm ki, 7 il kifayətdir ki, həmin sənaye parkları işləsinlər və dövlət büdcəsinə vergi ödəsinlər”.

Deputat qeyd edib ki, bəzi müəssisələrin gəlirləri ilə bağlı araşdırmalar aparılmalıdır. V.Əhmədov bildirib ki, büdcə xərclərinə nəzarət gücləndirilməlidir.

Deputat məmurların gəlir deklarasiyası verməsinin vacibliyinə də toxunub.

"Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır”,-deyə V.Əhmədov əlavə edib.

"Mən Baş nazirdən xahiş edirəm ki, o sənəd hazırlansın və gələn ilin yanvarından qüvvəyə minsin”. (Modern.az)шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.