İcra başçısı təyin olunan deputatdan ilk AÇIQLAMA -

12-11-2019, 14:18            54 dəfə baxılıb
"İcra başçısı təyin olunacağımı gözləmirdim. Mənim üçün də gözlənilməz oldu. Cənab prezidentimizə təşəkkür edirəm ki, məni bu vəzifəyə təyin etdi”.

Aim.az xəbər verir ki, bu fikirləri Modern.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşad Həsənov deyib. Yeni icra başçısı bildirib ki, iş fəaliyyəti barədə indidən nəsə deyə bilməz:
"İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünüz izləyəcəksiz. Əlimdən gələni əsirgəməməyə çalışacam. Bu təyinata görə bir daha dövlət başçımıza minnətdarlığımı bildirirəm. Mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”.

Qeyd edək ki, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Elşad Həsənov 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatıdır.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.