Şirvanın YENİ icra başçısı kimdir? - DOSYE -

12-11-2019, 14:00            67 dəfə baxılıb
Prezident İlham Əliyev sərəncamı ilə İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Redaktor.az xəbər verir ki, yeni icra başçısı haqqında məlumatları təqdim edir:
“İlqar Abbasov 12 fevral 1958 (61 yaş) anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Prezidentin bugünkü sərəncamı ilə İlqar Abbasov Suraxanı rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.