Baş məşqçi karyerasının ən uğursuz startına imza atdı -

11-11-2019, 12:49            69 dəfə baxılıb

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola antirekorda imza atıb.

APA -nın məlumatına görə, ispaniyalı mütəxəssisin yetirmələri Premyer Liqanın 12 turundan sonra 25 xal toplayıb.

Bu, P.Qvardiolanın karyerasında ən aşağı göstəricidir. 2008-12-ci illərdə İspaniyada “Barselona”, 2013-16-cı illərdə Almaniyada “Bavariya” və 2016-cı ildən indiki klubunu çalışdıran mütəxəssisin komandaları heç vaxt ilk 12 turda belə az xal toplamayıb.

Qeyd edək ki, XII turda “Liverpul”a 1:3 hesabı ilə uduzan “Mançester Siti” 4-cü pillədə qərarlaşıb və liderdən 9 xal geri qalır.

шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.