Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli Putinin diqqətindədir -

9-11-2019, 14:00            27 dəfə baxılıb
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik səylərində aktiv rol oynamağa davam edir. Dağlıq Qarabağ münaqişəsi tərəflərinə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərinə daxildir və bu, Rusiya Prezidentinin diqqət mərkəzindədir”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana rəsmi səfəri öncəsi yaydığı məlumatda bildirilib.
Məlumatda daha sonra qeyd edilir: “Əminik ki, münaqişənin nizamlanması istisnasız olaraq siyasi diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə  həyata keçirilməlidir. Güman edirik ki, siyasi iradə olduğu təqdirdə diplomatik səylər gec-tez irəli getməyə və kompromisə gəlməyə imkan verəcək. Öz tərəfimizdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədrliyinin tərkibində olduğu kimi, həm də Azərbaycan və Ermənistanla sıx münasibətlər nəzərə almaqla yardım edəcəyik".шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.