Azərbaycan vətəndaşı Rusiyada polisə silahlı hücum etdi -
8-11-2019, 14:2894 dəfə baxılıb
Rusiyanın Voloqda şəhərində azərbaycanlı onun sənədlərini yoxlayan polisə silahla hücum edib.
Oxu.Az xəbər verir ki, polis Voloqda şəhərində yataqxanada qeydiyyatsız yaşayanların siyahısını nəzərdən keçirən zaman azərbaycanlı qaçmağa çalışıb. Bu zaman polis onun qaçmasına mane olub.
Cinayətkar polisə başı ilə güclü zərbə endirib və bıçaq çıxararaq onu hədələyib.