Pankreatiti olan xəstələrə bu qidalar olmaz — QADAĞAN SİYAHISI -

8-11-2019, 08:51            106 dəfə baxılıb
Mədəaltı vəzi iltihabı hazırda bir çox gənc kişi və qadınlarda rastlanır. Mədə və ürək nahiyədə ağrı,yanğı, köp, ürəkbulanma, hərarətlə əlamət verir. Çoxu bu xəstəliyə səhv qidalanma xəstəliyi də deyir. Çünki mədəaltı vəz müasir qidaları sevmir. Pankreatitin müalicəsi ciddi dietadan keçir.

"Ölkə.Az" medicina.az-a istinadən mədəaltı vəz xəstələrinə qəti qadağan olunan ərzaq siyahısını təqdim edir:

-Alkoqol - qəti olmaz
-Fast-food, restoran, kafe, küçə yeməkləri, tərkibində rəng, qatqı, konservant olan istənilən hazır qida
-Tünd çay, qəhvə - kofein selikli qişanı qıcıqlandırır

-Qoz, tum, avokado
-Qırmızı ət, ət məhsulları, ət bulyonları
-Şəkər, qənd

-Qazlı içkilər
-Yağlı süd, qənnadı məmulatları, tort, pirojna
-Müxtəlif şirniyyatlar, konfetlər

-Təzə çörək
-Qırmızı turp, xren, ispanaq, bolqar bibəri
-Çiy meyvələr

Bu qidalar mədəaltı vəz, mədəni yükləyir, ferment azlığı həzmi pozur.
 
Digər qəbul olunan, icazə verilən qidalar suda və ya buxarda yumşaldılmalı, nə soyuq, nə də isti olmalıdır.

шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.