Tanınmış meyxanaçı "Qalatasaray"ın uduzmasından 144 min QAZANDI? -

7-11-2019, 15:08            95 dəfə baxılıb

Meyxanaçı Vüqar Əbdülov mərc oyunlarından 144 min manat pul udub.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Yayılan məlumatlara əsasən, meyxanaçı Vüqar Əbdülov Çempionlar liqasının qrup mərhələsinin dünən baş tutan “Real" Madrid-"Qalatasaray” oyununun 6-0 hesabı ilə başa çatacağına 3 min manat pul qoyub. Əmsalı 48 olan proqnoz düzgün çıxdığına görə, tanınmış meyxanaçı 144 min manat udub.
Onu da qeyd edək ki, meyxanaçı "Qafqazinfo"ya açıqlama verərkən xəbəri təkzib edib. Vüqar Əbdülov mərc oyunlarından pul udması barədə yayılan məlumatın yanlış olduğunu deyib.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.