ADPU-nın Quba filialında Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. -

6-11-2019, 17:13            134 dəfə baxılıb

ADPU-nin Quba filialında yazıçı, dramaturq, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfrans Dövlət Himninin səslənməsi ilə başlandı. Konftansı açan ADPU-in Quba filialının direktoru dosent Yusif Alıyev tədbir iştirakçılarını salamladı. C.Məmmədquluzadə şəxsiyyətinin böyüklüyündən danışdı və  tələbələrə gələcəkdə C.Məmmədquluzadə irsini  daha yaxşı mənimsəməyi tövsiyyə etdi.
Daha sonra ADPU-in professor, filologiya elmləri doktoru Mahmud Allahmanlı  "Cəlil Məmmədquluzadə drmatrugiyası" mövzusunda geniş məruzə ilə çıxış etdi.
Tədbirdə tələbələrin hazırladıqları C.Məmmədquluzadənin əsərlərindən səhnəciklər də nümayiş olundu.
Daha sonra "Ay İşığı" Ədəbi Məclisinin sədri tanınmış şair Ramiz Qusarçaylı, Quba rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Lalə Məmmədova, "Xeberleragentliyi.com" saytının Baş redaktoru Yusif Məhəmmədoğlu çıxış edərək

 C.Məmmədquluzadənin həyatın, yaradıcılığından, "Molla Nəsrəddin" jurnalının fəaliyyətindən və ümumilikdə ədibin şəxsiyyət kimi böyüklüyündən danışdılar.  Tədbir  bayrağımızın səhnəyə gətirilməsi ilə yekunlaşdı.

















шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.