İzmir şəhərində keçirilən təlim Mazhar Zorlu Anadolu Texnik liseyində təşkil olunmuşdur.Təlimin ilk günündə təlim iştirakçıları ilə liseyin idarə heyətinin görüşü olmuş ,sonda isə liseyin maddi texniki bazasına baxış həyata keçirilmişdir. -

6-11-2019, 15:40            237 dəfə baxılıb


Azərbaycan və Türkiyə Respublikaları arasında Peşə Təhsili sahəsində əməkdaşlıq çərçivəsində İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradovda daxil olmaqla Respublikamızın bir neçə qabaqcıl təhsil müəssisələrinin təmsilçiləri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin məsul mütəxəssisləri üçün Türkiyə Respublikasında təlimlər təşkil olunmuşdur.
Təlimlərin təşkilində məqsəd Peşə Təhsili müəssisələrinin mühəndis-pedaqoji heyətinin kvalifikasiyasının artırılmasıdır. Təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinin, peşə təhsili müəssisələrinin idarə heyətinin və müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlim ustaları və ixtisas fənn müəllimlərinin iştirakı ilə Ankara, İstanbul, İzmir şəhərlərində təşkil olunmuşdur.

Səfər 03 noyabr - 15 noyabr tarixlərini əhatə edir.

Aim.az






 шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.