Azərbaycanda kriptovalyutadan istifadə maliyyə əməliyyatlarını asanlaşdıracaq -

6-11-2019, 15:24            85 dəfə baxılıb

Azərbaycanda kriptovalyutadan istifadə edilməsinin müxtəlif maliyyə əməliyyatlarını asanlaşdırmasına və daha sərfəli olmasına gətirib çıxaracağını təbliğ edirik.

Aim.az-ın məlumatına görə, bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən "Cross" şirkətinin baş meneceri Entoni Knod deyib.

Onun sözlərinə görə, ilk növbədə bu sahədə uğur əldə etmək üçün "Müştərini tanı" sistemini tətbiq etmək lazımdır.

E. Knod əlavə edib ki, bu sistemin əsas funksiyası birjada cinayət fəaliyyətinin aşkarlanması və çirkli pulların yuyulmasının qarşısını almaqdır: “Azərbaycanda bu sistemin uğur qazanacağına əminik”.

Qeyd edək ki, “Cross” şirkəti kriptovalyutaların mayninqi ilə məşğul olur.//Apa.az



шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.