Avropa çempionumuza nə olub? - Özü DANIŞDI -

18-10-2019, 12:19            89 dəfə baxılıb
Karate üzrə Avropa çempionu Ayxan Mamayevin böyrək çatışmazlığından əziyyət çəkdiyi barədə xəbər vermişdik. 

Aim.az xəbər verir ki, "Qafqazinfo”ya açıqlama verən idmançı son durumundan danışıb. 
Mamayev əvvəllər heç zaman belə problemlə üzləşmədiyini bildirib: "Heç vaxt böyrəklərimlə bağlı əziyyət çəkməmişəm. Sadəcə birdən-birə güclü ağrı oldu. Xəsətəxanaya gələndə aydınlaşdı ki, problem böyrəyimdədir. Hazırda vəziyyətim normaldır. Ağrılar demək olar ki, keçib”. 

Məşhur idmançı böyrək köçürülməsi olmayacağını da sözlərinə əlavə edib: "Sadəcə böyrəklərimi yuyurlar. Getdikcə vəziyyət yaxşılaşır. Elə müalicə davam edəcək. Hər kəs mənə dəstək olur. İstər federasiya, istər dostlar, qohumlar hamısı yanımdadır. Dərdi verən Allah dərmanını da verər”.

Avropa çempionumuz bu problemin karyerasına təsir edəcəyini də bildirib: "Əlbəttə ki, belə şeylər idmançı karyerasına təsir edir. Ümid edirəm ki, məndə hər şey yaxşı olacaq və qaydasına düşəcək. Sağalacam və yenidən döyüşlərə qayıdacam”.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.