Nazirdən vahid məktəbli forması ilə bağlı - AÇIQLAMA -

17-10-2019, 14:52            75 dəfə baxılıb
Məktəblərdə müxtəlif dizaynda vahid məktəbli formalarının olması nəzərdə tutulur.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov YAP-ın inzibati binasında keçirilən mətbuat konfransında bildirib. 
Onun sözlərinə görə, qanunvericiliyə görə, müxtəlif formada hazırlanmış bir neçə dizayn təsdiq ediləcək:

"Ancaq məktəbli formasının hansı dizaynda olmasına məktəbin direktorları və valideyn komitəsi ilə müzakirəsindən sonra qərar veriləcək. Formaların hansı dizaynda olmasını məktəblərin seçməsi mürəkkəb məsələdir. Ayrı-ayrılıqda məktəblərdə vahid məktəbli formasının olması nəzərdə tutulub . Bu, o demək deyil ki, bütün ölkədə bir nümunə məktəbli forması istifadə olanacaq”. 

C.Bayramov qeyd edib ki, valideynlərlə qərarlar qəbul edilib, standartlara uyğun seçilən məktəbli forması daha uyğun formada olacaq:
"Müxtəlif dizaynla qəbul edəcəklər. Valideynlərlə seçim etdikdən sonra mütəxəssislər tərəfindən standartlara uyğun seçilən məktəbli formaları daha keyfiyyətli olacaq”.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.