İçki ixracında iki dəfəyə yaxın artım var -

17-10-2019, 14:03            56 dəfə baxılıb
 
 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 20 276,19 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, spirt ixrac edib.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Belə ki, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 228,28 min dollar və yaxud təxminən 83,53 faiz çox deməkdir.

 

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,08%-ni təşkil edib.

2019-cu ilin doqquz ayı ərzində Azərbaycana idxal edilmiş akoqollu və alkoqolsuz içkilərin dəyəri isə 53 097,21 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 12 314,64 min dollar və yaxud 18,83 faiz azdır. 

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,83%-ni təşkil edib.

Onu da qeyd edək ki, Azərbaycanın yanvar-sentyabr aylarında qeydə alınan ticarət dövriyyəsinin 14,87 milyard dolları ixracın, 10,38 milyard dolları isə idxalın payına düşüb.

шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.