Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti beynəlxalq toplantıda -

17-10-2019, 13:51            55 dəfə baxılıb
Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti İstanbulda Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının illik toplantısında iştirak edib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti 8-11 oktyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının  (IADI) illik toplantısında və İADİ-yın Avrasiya və Asiya – Sakit Okean Regional Komitələrinin iclaslarında iştirak edib.
80 yaxın ölkənin əmanətlərin sığortalanması fondlarının nümayəndələrinin qatıldığı tədbirdə bu sahədə aparılan islahatlar, iqtisadi böhran və böhrandan sonrakı dövrlərdə əmanətlərin sığortalanması və bank sisteminin zəif banklardan təmizlənməsi, bankların ləğv prosesi, İADİ-yın 2020-cü il üçün planları və büdcəsi müzakirə edililb.
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayev Türkiyə, Rusiya, Qazaxstan, Ukrayna, Qırğızıstan və digər ölkələrin nümayəndələri ilə müzakirə aparıb və ölkədə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi barədə məlumat verib.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.