Əhməd Əhmədzadə işgüzarlıq nümayiş etdirən vəzifə sahibidir -

17-10-2019, 13:44            94 dəfə baxılıb
 




    Bu da bir həqiqətdir ki, respublikamızda su təsərrüfatının inkişafı əsas strateji sahələrdən biri olduğu üçün, bu sahənin inkişafına nail olmadan nə ərzaq bolluğuna, nə də ki, digər problemlərin həllinə nail olmaq mümkün deyil
  Su təsərrüfatı ölkəmizdə əsas strateji sahələrdən biri olduğu üçün, son illər bu sahəni daha da inkişaf etdirmək qarşımızda duran əsas prioritet vəzifələrdən birinə çevrilib. Belə bir səbəb üzündən də, hal-hazırda su təsərrüfatının inkişafı, mövcud problemlərinin həlli və s, hər kəsdən əzmkarlıq tələb edir. Çünki, yaşadığımız ictimai həyatın bir sahəsi olan bu sahəni inkişaf etdirmədən, nə ərzaq bolluğuna, nə də ki, həlli vacib olan problemlərimizin həllinə nail ola bilərik. O halın varlığını da qeyd edək ki, hələ  2013-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nda əsas prioritet məsələlərdən biri də, ölkəmizdə su təsərrüfatını inkişaf etdirmək, hər kəsin su ilə təminatının dolğun şəkildə ödənilməsini təmin etmək qarşıya mühüm vəzifə olaraq qoyulmuşdur. Xüsusilə də, regionlarda bu məsələnin həlli daha aktuallıq kəsb etdiyindən, dövlət-hakimiyyət orqanlarının əsas nəzər-diqqəti də, məhz bu sahənin inkişafına yönəldildi.


     Ümumiyyətlə, su insan həyatında əvəzolunmaz nemət olmaqla bərabər, həm də ictimai həyatımızın davamlı inkişafının təmin olunmsında əsas amillərdən biridir. Bir sözlə, suyun nəinki insan həyatında, hətta digər canlıların da həyatında oynadığı rolun əhəmiyyətini heç nə ilə əvəz etmək olmaz. Onu da bildirək ki, su təsərrüfatının inkişafı ictimai həyatımızın varlığı üçün çox önəmli olduğundan, ayrı-ayrı rayonlarda fəaliyyət göstərən suvarma sistemləri və melioservis idarələrinin, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər müəssisələrin iş fəaliyyətləri haqda doğru-dürüst məlumatlar əldə etməyi, hər zaman özümüz üçün borc bilmişik. Bu məqsədlə elə hallar olur ki, respublikamızın bəzi şəhər vərayonlarında oluruq və mövcud vəziyyət haqda doğru-dürüst məlumatlar da əldə edirik. 

 


   Sözsüz ki, respublikamızda su təsərrüfatının inkişaf etdirilməsi, məhz bu sahəyə cavabdehlik daşıyan qurum rəhbərliyinin atdığı addımlardan çox asılıdır. O da hər kəsə bəllidir ki, 2006-cı ildən ölkəmizin su təsərrüfatına, yəni Meliorasiya və Su Təsərrüfatı ASC-nə Əhməd Əhmədzadə rəhbərlik edir. Bu şəxsin həyat və fəaliyyəti haqda lazımi məlumatları əldə etdikdə o da məlum olur ki, Əhməd Əhmədzadə 1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuş və 1961-ci ildə orta təhsilini, 1966-cı ildə isə, ali təhsilini müvəffəqiyyətlə başa vurub mühəndis-hidrotexnik ixtisasına yiyələnir. Gənc yaşlarında ikən bir çox sahələrdə məsul vəzifələrdə çalışan, seçkili orqanlarda təmsil olunan, hətta ayrı-ayrı qurumlarda rəhbər vəzifə sahibi olan bu şəxsin keçdiyi həyat yolları, olduqca zəngin və məhsuldar olur. Əhməd Əhmədzadə işgüzar fəaliyyətinin nəticəsində bugünə kimi bir çox orden və medallarla, fəxri fərmanlarla təltif olunmuş, hətta respublikamızda meliorasiya və su təsərrüfatının inkişaf etdirilməsi sahəsində göstərdiyi xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncam əsasında "Əməkdar mühəndis" fəxri adına da layiq görülür.
  Bəli, 2006-cı ildən ölkəmizin su təsərrüfatına rəhbərlik edən, eyni zamanda bu sahədə sayı-hesabı bilinməyən sayda uğurlara imza atan, hətta əmələ gələn bəzi problemlərin aradan qaldırılmasına nail olan Əhməd Əhmədzadənin keçdiyi həyat yolları, sanki əksəriyyət üçün bir örnəkdir. Məsələn, adicə bir faktı qeyd edək ki, bir neçə illər bundan öncə Kür daşqını zamanı sahilboyu ərazilərdə yerləşən rayonlardan bəziləri böyük fəlakətlə üz-üzə qalmışdı. Həmin vaxtlarda ən böyük məsuliyyət yükü, məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin üzərinə düşdü. Vəziyyətdən çıxış yolu olaraq komitəyə tabe olan bütün idarələr, birliklər, ayrı-ayrı qurumlar fəlakətin qarşısının alınması yöndə səfərbər olundular. Düzdür, ilk vaxtlar problemin həlli müəyyən çətinliklər əmələ gətirsə də, vaxt keçdikcə hər iş qaydaya salındı.
   Əldə etdiyimiz məlumatlara görə, bu gün nəinki mərkəzi ərazilərdə, hətta bölgələrdə belə əhalinin su ilə təminatı, üzləşəcəkləri problemlərin həlli və s, daim rəhbərlik tərəfindən diqqətdə saxlanılır. Ayrı-ayrı rayonlarda, iri yaşayış məntəqələrində, hətta ucqar dağ kəndlərində olsun belə, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlarla bərabər, yerli sakinlərin də su təminatını yaxşılaşdırmaq üçün xüsusi diqqət göstərilir. Sözsüz ki, belə bir yanaşma, problemlərin həlli yöndə atılan addımlar, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən yerli sturukturlara verilən tapşırıqlar əsasında öz həllini tapır. Hər kəsə bəllidir ki, respublikamızınərazilərinin xeyli hissəsi dağlıq ərazilərdən ibarətdir. Ona görə də ayr-ayrı şəhər və rayonlarda yerləşən melioservis idarələrinin, suvarma sistemləri idarələrinin, su-kanal idarələrinin və s. səmərəli fəaliyyət göstərmələrinə, bu gün daha çox ehtiyac duyulur. Yerlərdə sahibkarlığın müxtəlif sahələri ilə məşğul olan iş adamlarına məxsus əkin sahələrinin suvarılması, su ilə təminatın dolğun şəkildə ödənilməsi, olduqca vacib məsələlərdəndir. Çünki, kənd təsərrüfatı məhsullarının suvarılmasını həyata keçirmədən nə məhsul bolluğuna nail olmaq, nə də ki, ərzaq təhlükəsizliyini təmin etmək mümkün deyil. Meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və regionların sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsində əsaslı addımlarını atır. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı, əsasən suvarılan torpaqlarda olduğundan, həmin torpaqların daim suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz olunması tələb olunur. Fakt budur ki, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-nə tabe olan qurumlarda çalışan kollektiv arasında yaradılmış sağlam mühitin varlığı, bacarıqlı və peşəkar kadrların önə çəkilmələri, hər kəsin əməyinin lazımınca qiymətləndirilməsi, problemli məsələlərin qarşılıqlı münasibətlər əsasında həll olunması, su təsərrüfatı üzrə peşəkar mütəxəssislərin önəmli vəzifələrə təyin olunmaları və s. haqda son qərar, məhz bu şəxs tərəfindən verilir. Bu da Əhməd Əhmədzadənin böyüklüyünü göstərən amillərin varlığıdır.

 
 Bir faktı da qeyd edək ki, ölkəmiz suvarma əkinçiliyi diyarı olaraq xüsusi ad-san çıxarıb və uzun illərdən bəri böyük zəhmət tələb edən, həmçinin külli miqdarda vəsait hesabına su axınını bölüşdürən, tənzimləyən irriqasiya sistemlərindən, kollektor-drenaj şəbəkələrindən, nasos stansiyalarından, su anbarlarından ibarət geniş şəbəkə yaradılmış və bunlardan da səmərəli şəkildə istifadə olunmaqdadır. Onu da vurğulamaq yerinə düşər ki, belə bir kompleksin əsas hissəsi ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə, məhz onun şəxsi təşəbbüsü və yaxından köməyi ilə yaradılmışdır. Ölkəmizdə meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkün olmadığını görən Ulu Öndər, respublikamızda meliorasiya və su təsərrüfatının inkişafına xüsusi əhəmiyyət vermiş, bu sahənin rolunu yüksək qiymətləndirərək onun inkişafını daim diqqətdə saxlamış, aparılan bütün işlərlə şəxsən maraqlanmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında və ölkəmizin ərzaq probleminin həllində oynadığı rolunu nəzərə alaraq, Azərbaycanda “Meliorasiya və İrriqasiya haqqında” Qanunun 5 iyun 1996-cı il tarixdə qəbul edildiyi nəzərə alaraq, meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı - “Meliorator günü” kimi qeyd olunması barədə, 24 may 2007-ci il tarixdə Sərəncam imzalayır.  Sərəncamın imzalanması cənab Prezidentin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, melioratorlar tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanır.
   Bəli, bu gün respublikamızın bütün ərazilərində su ilə təminatın dolğun şəkildə ödənilməsi, ölkə iqtisadiyyatın hərtərəfli inkişaf etdirilməsində, məhsul bolluğunun yaradılmasında, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Onu da qeyd edək ki, düzgün idarəçilik bacarığını tətbiq etməklə, ölkəmizin strateji bir sahəsinə rəhbərlik edən Əhməd Əhmədzadə, bu günə qədər saysız-hesabsız uğurlara imza atmış və ölkəmizin inkişafının yeni mərhələyə qədəm qoymasında xüsusi rol oynamışdır. Bütün bunlardan əlavə o, ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstək də vermişdir. Əhməd Əhmədzadə yüksək texniki biliyə malik olan, ani müddət ərzində düzgün qərar qəbul etməyi bacaran vəzifə sahibidir. Bu şəxs olduqca sadə, hər kəsə qarşı insani münasibət nümayiş etdirməyi bacaran bir şəxsdir. O, insanlara diqqət və qayğı ilə yanaşır, problemlərinin həllinə çalışır və hər kəsin  dövlətimizə və Prezidentimizə inamını artırmağa çalışır. Uzun illər ərzində dövlətçiliyə sədaqətlə xidmət edən və mühüm vəzifələr daşımış Əhməd Əhmədzadəyə heç bir “qara ləkə” yapışmır.

 
  O halın varlığını da qeyd edək ki, bugünədək əldə olunan uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin ümummilli maraqlarının həlli yöndə əldə olunan uğurlardır. Bu gün qarşımızda daha böyük məqsədlər, strateji amallar durur ki, bu da hər bir vəzifə sahibindən öz işinə məsuliyyətlə yanaşmağı tələb edir. Əgər hər bir vəzifə sahibi üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gələrsə, o halda nəinki ümumi məqsədlərimizin həllinə nail ola bilərik, hətta dünyaya şölə saçan Azərbaycanımızın daha da şan-şöhrət tapmasına nail olarıq. Bu günün özü də bir tarixdir. Əgər hər bir vəzifə sahibi ona verilmiş ixtiyardan şəxsi məqsədlərinin həlli üçün deyil, xalqı, dövləti üçün çalışarsa, potensialını bu yöndə səfərbər edərsə, sözsüz ki, həmin şəxsin adı bugünkü tariximizə yazılacaq və illər keçsə də, lazım olduğu qiymətini alacaq.



Xəlil Yusifoğluшаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.