İcra Hakimiyyətində yeni təyinatlar -

16-10-2019, 17:44            69 dəfə baxılıb

Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

Modern.az-ın məlumatına görə, bir müddət əvvəl RİH başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılan Ramiz Göyüşovun yerinə Cahangirzadə İskəndər Kamil oğlu təyin edilib.

Qeyd edək ki, yeni təyinata qədər İskəndər Cahangirzadə RİH başçısının köməkçisi vəzifəsində işləyib.

Bundan əlavə, icra başçısı Elxan Allahverdiyevin müvafiq əmriylə Rauf Həsənov başçının köməkçisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləmiş, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun dövlət qulluğuna xitam verilərək, təqaudə göndərilib.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.